Yazını böyüt
Yazını kiçilt
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.
Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.